Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Rəna Məmmədova vəzifəsindən azad olundu

Reklam728 × 90

Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub.

“Xəbərsiz” Oxu.Az-a istinadla xəbər verir ki, bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub.

İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. Nəticədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəna Balakişi qızı Məmmədova vəzifəsini itirib. R.Məmmədova yeni işlə təmin edilmədiyi üçün başçının sərəncamına götürülüb.

İcra başçısının əmri ilə Rəhman Yaşar oğlu Zeynalov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub.

Reklam728 × 90