Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

Reklam728 × 90

Bakıda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, S.Zeynalov bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub.

Reklam728 × 90