“Xəbərsiz” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.







