Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Fərid Əhmədov onu vəzifədən azad etdi

Reklam728 × 90

10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi vəzifədən azad ediliblər.

“Xəbərsiz” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən,10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliqismət Firudin oğlu Kərimov, həmin müəssisənin Maliyyə-təssərrüfat bölməsinin baş mühasibi – bölmə rəisi ədliyyə mayoru Mahir Maqsud oğlu Abdullayev tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

Reklam728 × 90