Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycan daha bir konvensiyaya qoşuldu

Reklam728 × 90

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub.

“Xəbərsiz” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanuna əsasən, 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyası təsdiq edilib.

Reklam728 × 90