Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu marşrutun avtobusları yenilənir

Reklam728 × 90

Martın 1-dən etibarən 569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, xətt üzrə 13 ədəd ortatutumlu “Karsan” markalı avtobus sərnişinlərin istifadəsinə veriləcək. Yeni avtobuslar marşrut üzrə 7-8 dəqiqə intervalla hərəkət edəcək.

Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat təşkil edir.

Reklam728 × 90