Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub – Başsağlığı verdi

Reklam728 × 90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

“Xəbərsiz” xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı dedi.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

  
Reklam728 × 90