Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Türkiyəyə atılan raketlə bağlı İrandan İLK AÇIQLAMA

Reklam728 × 90

Ötən gün İrandan Türkiyə istiqamətində atılan ballistik raketlə bağlı İrandan ilk rəsmi açıqlama verilib.

“Xəbərsiz” xarici mediaya istinadən xəbər verir ki, İran tərəfindən atılan və Türkiyə hava məkanında məhv edilən ballistik raketlə əlaqədar İran tərəfi ilk açıqlamasını verib. İranın Ümumi Qərargahı tərəfindən verilən açıqlamada, “Biz Türkiyə ərazilərinə raket atmamışıq, Türkiyənin suverenliyinə hörmət edirik” – deyilib.

Qeyd edək ki, ötən gün İran tərəfindən atılaraq Türkiyə hava sahəsinə yönələn ballistik raket vaxtında müdaxilə edilərək məhv edilib. NATO müdaxiləsi ilə dayandırılan raketin bəzi hissələri Hatay şəhərinə, digər hissələri isə Suriyanın Kamışlı bölgəsinə düşüb.

Reklam728 × 90