Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

1 nömrəli səfərbərlik nədir? – AÇIQLANDI

Reklam728 × 90

Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.

“Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, – Azərbaycan lideri qeyd edib.

“Xəbərsiz” xəbər verir ki, Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub.

“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, – paylaşımda bildirilib.

Reklam728 × 90