Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

İlham Əliyev həmkarına təşəkkür etdi

Reklam728 × 90

Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriyə İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyinə görə Slovakiya Prezidenti Peter Pelleqriyə səmimi təşəkkürümü bildirirəm. Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsi zamanı göstərdiyi operativ dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir” – paylaşımda vurğulanıb.

Reklam728 × 90