İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı – Amid Murtuzov və Rüstəm Qulamov həlak olub.
“Xəbərsiz” xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Məlumata görə, onlar Təl-Əvivin Petah Tıkva rayonuna kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.
Bildirilib ki, hər iki şəxs tikinti sahəsində çalışırmış və işlədikləri yerdə həlak olublar.


















