Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Daha bir tiktoker həbs edildi

Reklam728 × 90

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

“Xəbərsiz” Qafqazinfo-ya istinadən xəbər verir ki, növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.

Reklam728 × 90