Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Alimpaşa Məmmədovla bağlı qərar verildi

Reklam728 × 90
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

“Xəbərsiz” Qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.

Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.

Reklam728 × 90