Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı başlayır
15 İyun 2026
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
15 İyun 2026
Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti – TƏHLİL
15 İyun 2026
Əsas/Gündəm/Tıxaclara qarşı böyük plan - Bakı yollarında nə dəyişir?
GündəmManşet

Tıxaclara qarşı böyük plan - Bakı yollarında nə dəyişir?

Xəbərsiz Media
23 Mart 2026

Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar. Mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hərəkət iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırda 3 yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

– Birinci layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli nəqliyyat əlaqəsi qurulacaq.

– İkinci layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

– Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını “20 Yanvar” dairəsinə daxil olmadan birbaşa metronun “Koroğlu” stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək”.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlıq real nümunələr üzərindən də göstərilib:

“Məsələn, Repsublikanın şəhər və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə biləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

Yaxud, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun “Koroğlu” və ya “Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh–M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6 zolaqlı olacaq.

Dövlət Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək. Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas magistralların yükü kəskin şəkildə azalacaq”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət15 İyun 2026

Sabah Məhərrəm ayı başlayır 

Elm və təhsil15 İyun 2026

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

Baxış bucağı15 İyun 2026

Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti - TƏHLİL 

Baxış bucağı15 İyun 2026

Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti

Cəmiyyət15 İyun 2026

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Gündəm15 İyun 2026

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

Dünya15 İyun 2026

Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

Mədəniyyət15 İyun 2026

Flora Kərimova ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Dünya15 İyun 2026

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına qadağa qoyuldu

Dünya15 İyun 2026

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

Həmçinin oxu

Gündəm

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

No Comment
416 baxış
Dünya

Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

No Comment
107 baxış
Dünya

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

No Comment
160 baxış
Gündəm

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir - Görünməmiş yenilik olacaq

No Comment
61 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?
Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 798
Cəmiyyət 2003
Dünya 1100
Elm və təhsil 322
Gündəm 1140

Bütün müəllif hüquqları qorunur - 2026