Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Reklam728 × 90

Bu gün Bakının bir hissəsində qaz olmayacaq.

“Xəbərsiz”  xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş Karxanası və Subtropik Sovxoz ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Reklam728 × 90