Bakıda 31 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb.
Hadisə Xətai rayonu Lütfi Zadə küçəsində baş verib.
Belə ki, Müzəffər İlham oğlu Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Aydınlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşı olub. //Qafqazinfo.az


















