Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycanda vulkan püskürdü

Reklam728 × 90

Aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

“Xəbərsiz”  xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib:

“Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən, Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib”.

Reklam728 × 90