Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah ölkə ərazisində müəyyən yollarda görünüş məsafəsinin azalacağına dair xəbərdarlıq edilib.
“Xəbersiz” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 21-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





