24.04.2026 / 19:54
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 11°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi

Ana Səhifə Gündəm

Hesablama palatası 300 milyon manatlıq uyğunsuzluq aşkarladı

Xəbərsiz Media Xəbərsiz Media
24.04.2026 / 16:39
Gündəm, Manşet
A A

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda icmal büdcənin icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Milli Məclisin aprelin 21-də keçirilən iclasında müzakirə edilən “Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat”da bildirilib.

Bildirilib ki, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub.

Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, belə geniş həcmdə uyğunsuzluğun yaranması bir neçə səbəbdən qaynaqlanır.

Ekspertin fikrincə, problemin kökündə büdcə intizamının zəifliyi dayanır:

“Xərclər tez-tez qanunvericilikdə nəzərdə tutulmayan istiqamətlərə yönəldilir, təsisatlar isə real ehtiyaclarla deyil, siyasi məqsədəuyğunluqla müəyyən edilir”.

Mərkəz sədri hesab edir ki, şəffaflığın olmaması da burada mühüm rol oynayır:

“Dövlət satınalmalarında rəqabətin məhdudluğu, müqavilələrin bağlanmasında qeyri-rəsmi razılaşmalar və hesabatların süni şəkildə düzəldilməsi uyğunsuzluqların gizlədilməsinə şərait yaradır”.

Üçüncü amil isə həmsöhbətimizə görə, daxili nəzarət mexanizmlərinin zəifliyi məsələsidir: “Maliyyə idarəetmə sistemləri çox zaman köhnəlmiş metodlarla işləyir, mühasibat uçotunda standartlaşma yoxdur və daxili audit funksiyaları faktiki olaraq nominaldır.

A.Nəsirlinin sözlərinə görə, Hesablama Palatasının bütün büdcəyə tam girişi mümkün olsaydı, bu rəqəmlər daha böyük olacaqdı:

“Hesablama Palatasının tam yoxlama apara bilməməsi, yəni yalnız seçmə yoxlama imkanının olması aşkarlanan 299,1 milyon manatın faktiki uyğunsuzluğun yalnız görünən hissəsidir. Bütün büdcəyə tam giriş olsaydı, rəqəm dəfələrlə böyük ola bilərdi”.
İqtisadçının qənaətincə, burada cavabdehsizlik mühiti də öz sözünü deyir:
“Aşkarlanan pozuntulara görə məsuliyyət nadir hallarda tətbiq edilir, bu isə eyni sxemlərin illər üzrə təkrarlanmasına zəmin yaradır”.

Müsahibimiz Hesablama Palatasının tam müstəqil olmadığını da iddiaa edir:

“İnstitusional asılılıq məsələsi var. Hesablama Palatası kifayət qədər müstəqil deyil. Ona görə də, hətta aşkarlanan pozuntular belə tam ictimaiyyətə çatdırılmır və ya yumşaldılmış formada təqdim edilir”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı
Elm və təhsil

Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

Aprel 24, 2026
Prezident Samir Şərifovu sədr təyin etdi
Gündəm

Prezident Samir Şərifovu sədr təyin etdi

Aprel 24, 2026
İlqar Namazov vəzifəsindən azad edildi
Gündəm

İlqar Namazov vəzifəsindən azad edildi

Aprel 23, 2026
Natiq İbrahimov rektor təyin edildi - SƏRƏNCAM
Prezident

Natiq İbrahimov rektor təyin edildi - SƏRƏNCAM

Aprel 23, 2026
Fərid Qayıbovdan yüksək vəzifələrə YENİ TƏYİNAT
Gündəm

Fərid Qayıbovdan yüksək vəzifələrə YENİ TƏYİNAT

Aprel 23, 2026
Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi azaldı
İqtisadiyyat

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi azaldı

Aprel 23, 2026

XƏBƏR LENTİ

​Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

​Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24 Aprel, 26 / 19:35
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı

Azərbaycan meyvə-tərəvəz idxalını artırdı

24 Aprel, 26 / 18:34
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR

24 Aprel, 26 / 17:36
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”

24 Aprel, 26 / 17:26
Hesablama palatası 300 milyon manatlıq uyğunsuzluq aşkarladı

Hesablama palatası 300 milyon manatlıq uyğunsuzluq aşkarladı

24 Aprel, 26 / 16:39
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu

"Son zəng" tədbirləri üçün tələblər qoyuldu

24 Aprel, 26 / 16:34
ABŞ hücum edərsə, bu ölkəni vuracağıq - İran

ABŞ hücum edərsə, bu ölkəni vuracağıq - İran

24 Aprel, 26 / 16:03
Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı

24 Aprel, 26 / 16:01
İntensiv YAĞINTILAR GƏLİR

İntensiv YAĞINTILAR GƏLİR

24 Aprel, 26 / 16:00
Kamran Əliyev İran səfirini qəbul etdi - FOTOLAR

Kamran Əliyev İran səfirini qəbul etdi - FOTOLAR

24 Aprel, 26 / 15:50
Populyar xəbərlər

Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232

Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026