SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Mədəniyyət/Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə
Mədəniyyət

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə

Xəbərsiz Media
25 Aprel 2026

​Azərbaycanın musiqi mədəniyyətinin banisi, dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında genişmiqyaslı elmi-praktiki konfrans və konsert proqramı keçirilmişdir.
​
​ Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli irsinin müasir dövrdə aktuallığını və gənc bəstəkarların yaradıcılığına göstərdiyi fundamental təsirini vurğulamışdır. “Sənətdə varislik prinsipi biz bəstəkarlar üçün mənəvi bir borcdur. Bizim bugünkü yaradıcılığımız, kamera-instrumental əsərlərimizdəki axtarışlarımız Üzeyir bəy klassikasından qidalanan budaqlardır. Bu konfrans dahi bəstəkarın 140 illik yubileyinə gedən yolda bizim elmi və bədii hesabatımız, onun ruhuna olan səmimi ehtiramımızın ifadəsidir. Musiqi tariximizin qurucusu Üzeyir Hacıbəyliyə həsr olunmuş hər bir addım bizi öz köklərimizə daha da bağlayır. Bu proqramda elm və musiqinin vəhdətini görmək olduqca sevindiricidir. İnanıram ki, səslənəcək yeni tədqiqatlar və ifalar gənc musiqişünaslarımızın sənət yoluna yeni işıq salacaqdır.”

Musiqi ictimaiyyəti, tanınmış mədəniyyət xadimləri və professor-müəllim heyətinin iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Milli Məclisin deputatı Aydın Mirzəzadə də yer almışdır. Millət vəkili çıxış nitqində bildirdi ki, “Bu gün biz burada təkcə bir konfrans üçün deyil, Azərbaycan mədəniyyətinin simvolu, milli musiqimizin banisi Üzeyir bəy Hacıbəylinin ölməz irsinə olan ehtiramımızı bildirmək üçün toplaşmışıq. Üzeyir bəy sadəcə dahi bəstəkar deyil, o, Azərbaycanın milli kimliyini notların dili ilə dünyaya tanıdan böyük bir maarifçi və ictimai xadim idi.
​Mən bu gün proqramla tanış olarkən çox qürurlandım. Görürəm ki, burada həm dərin fəlsəfi məruzələr səslənir, həm də gənc ifaçılarımız dahi bəstəkarın əsərlərinə yeni nəfəs verirlər. Xüsusilə “Müasir Azərbaycan bəstəkarlarının Üzeyir Hacıbəyli irsinə baxışı” mövzusu olduqca əhəmiyyətlidir. Bu, onu göstərir ki, Üzeyir bəyin qoyduğu təməllər üzərində ucalan Azərbaycan musiqisi bu gün də yaşayır, inkişaf edir və müasir bəstəkarlarımız üçün tükənməz bir mənbədir.
​Dövlətimiz hər zaman sənət adamlarına, mədəniyyətimizin tədqiqatçılarına böyük diqqət və qayğı ilə yanaşıb. Bəstəkarlar İttifaqının bu cür elmi-bədii tədbirlər təşkil etməsi, gənc musiqişünasların fəaliyyəti bizim mənəvi sərvətlərimizin gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayır.
​Mən çıxış edən bütün məruzəçilərə, musiqi nömrələrini hazırlayan müəllim və tələbələrə uğurlar arzulayıram. İnanıram ki, bu gün səslənən hər bir fikir, hər bir melodiya Azərbaycan mədəniyyətinin zənginləşməsinə xidmət edəcəkdir.”

Sevda Hüseynovanın aparıcılığı ilə idarə olunan konfransın elmi hissəsində musiqişünaslığın aktual problemlərini əks etdirən geniş maruzələr dinlənilmişdir:

​ İlahə Qismət (Bəstəkarlar İttifaqının katibi) müasir bəstəkarların yaradıcılığında dahi sənətkara həsr olunmuş simfonik əsərlərin bədii-estetik xüsusiyyətlərini təhlil etmişdir.

​ Səadət Təhmirazqızı (Sənətşünaslıq üzrə fəlsəfə doktoru) müasir musiqişünaslıq elmində Üzeyir Hacıbəyli irsinə dair aparılan yeni tədqiqatların elmi əhəmiyyətindən bəhs etmişdir.

​ Aysel Kərim (Bəstəkarlar İttifaqının Mətbuat xidmətinin rəhbəri) müasir bəstəkarların Ü. Hacıbəyliyə həsr etdiyi kamera-instrumental əsərləri mövzusunda məruzə ilə çıxış edərək, bu əsərlərin janr və üslub zənginliyini diqqətə çatdırmışdır.

​
​ Tədbirin bədii hissəsində müasir Azərbaycan bəstəkarlarının yaradıcılıq nümunələri səsləndirilmişdir.

Sara Dilruba, Lalə Əhmədova və Üzeyir Məmmədovun bəstələri beynəlxalq müsabiqələr laureatları və istedadlı gənclər tərəfindən yüksək peşəkarlıqla ifa olunmuşdur. Həmçinin proqramda Üzeyir Hacıbəyli- “Arşın mal alan“ operettası – Müqəddimə 4 qanun üçün İlham Azmanlının müəllifi olduğu işləməsi yer aldı.

Tədbirin sonunda Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” operettasından Gülçöhrənin elegiyası və Gülçöhrənin Ariyası Əməkdar artist Nərgiz Kərimova tərəfindən ifa edildi. Tədbir auditoriya tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Bu konfrans bir daha sübut etdi ki, Üzeyir Hacıbəyli ənənələri müasir Azərbaycan musiqi elmi və ifaçılıq sənətinin sarsılmaz təməlidir.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi; Aysel KƏRİM

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Mədəniyyət

Zaur Baxşəliyev efirə qayıdır?

No Comment
146 baxış
Mədəniyyət

Flora Kərimova ilə bağlı üzücü xəbər

No Comment
1.3K baxış
Mədəniyyət

Zülfiyyə Xanbabayeva "Gəl" dedi - VİDEO 

No Comment
85 baxış
Mədəniyyət

Ziddiyyətlərin sükutundakı həqiqət: "Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...

No Comment
132 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026