Sumqayıt Şəhər İcra Hakimiyyəti “Sumqayıt şəhərinin park və xiyabanlarında, məhəllə və mikrorayon daxili ərazilərində yaşıllıqların mühafizəsi xidmətlərinin satın alınması” layihəsi üzrə tender keçirib.
Layihənin qalibi “UĞUR DEZİNFEKSİYA” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2021-ci ildə təsis olunan şirkətin nizamnamə kapitalı 10 manatdır.
10 manatlıq şirkətə təqribən yarım milyon manatlıq layihənin verilməsi məntiqi baxımdan riskli olmaqla yanaşı, Sumqayıt şəhərində yaşıllıqlarda bu qədər vəsait tələb edəcək hansı yoluxucu xəstəliklərin yayılması da sual doğurur.
Məsələ ilə bağlı Sumqayıt ŞİH-nin mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mövqeyini dərc edəcəyik. //Sitat.info





