09.05.2026 / 15:56
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 21°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
Ana Səhifə Özəl

9 may qələbəsini təmin edən əsas qüvvə... - Qəvami Sadıqbəyli yazır

Xəbərsiz Media Xəbərsiz Media
09.05.2026 / 13:57
Özəl
A A

İkinci Dünya müharibəsinin taleyini yalnız cəbhədəki silahlar deyil, həmin silahları hərəkətə gətirən enerji müəyyən edirdi. Məhz bu baxımdan Bakı neftinin tarixi rolu danılmazdır. Təsadüfi deyil ki, “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də olmazdı” fikri bu gün də tarixi həqiqət kimi səslənir.

XX əsrin əvvəllərində dünya neftinin təxminən yarısını verən Bakı, müharibə illərində də öz strateji əhəmiyyətini qorudu. 1941–1945-ci illərdə Sovet İttifaqında istifadə olunan yanacağın əsas hissəsi məhz burada hasil edilirdi. Müharibənin ən ağır dönəmində SSRİ-də istehsal olunan neftin təxminən 70–80 faizi, aviasiya benzininin isə böyük hissəsi Azərbaycan neftçilərinin zəhməti hesabına əldə olunurdu. 1941-ci ildə təkcə Bakı neft mədənlərində 23 milyondan çox ton neft çıxarılmışdı. Bu rəqəm o dövr üçün təkcə iqtisadi göstərici deyildi — bu, cəbhənin nəfəsi, ordunun gücü, qələbənin TƏMİNATI idi. Tarixçilər qeyd edirlər ki, döyüş meydanında hər beş sovet təyyarəsindən, tankından və yük maşınından dördü məhz Bakı neftindən alınan yanacaqla hərəkət edirdi. Moskva döyüşü, Stalinqrad döyüşü və Kursk döyüşü kimi taleyüklü qarşıdurmalarda yanacaq təminatı qələbənin əsas şərtlərindən biri idi. Cəbhə irəlilədikcə, tanklar və təyyarələr yalnız silahla deyil, Abşeron torpağının “qara qızılı” ilə hərəkət edirdi.

Elə buna görə də 1942-ci ildə nasist Almaniyasının əsas strateji hədəflərindən biri Qafqaz və xüsusilə də Bakı idi. “Edelveys” əməliyyatı [ “Edelveys” əməliyyatın kod adı — Almaniyanın Qafqazı, xüsusilə də Bakı neftini ələ keçirmək planı idi.] çərçivəsində Almaniya rəhbərliyi hesab edirdi ki, Bakı neftini ələ keçirə bilsə, Sovet ordusunun müqavimət gücü ciddi şəkildə zəifləyəcək. Hətta təhlükənin böyüklüyünə görə, neft mədənlərinin düşmən əlinə keçəcəyi halda onların məhv edilməsi planı da hazırlanmışdı. Lakin düşmən Bakıya çata bilmədi. Bu, yalnız hərbi uğur deyildi — bu, faşizm üzərində qələbənin taleyini dəyişən strateji dönüş idi.
Ancaq bu böyük tarixi zəfərin arxasında dayanan yalnız neft deyildi. Onun arxasında gecə-gündüz işləyən minlərlə Azərbaycan fəhləsinin, mühəndisinin, geoloqunun fədakarlığı dayanırdı. Kişilər cəbhəyə yollanarkən, qadınlar, yaşlılar, gənclər mədənlərdə çalışmağa davam edirdilər. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı təkcə söz deyildi — bu, Azərbaycanın həyat tərzinə çevrilmişdi.

Faşizm üzərində qələbədən onilliklər keçsə də, bu həqiqət dəyişmir : Azərbaycan xalqı yalnız silahla deyil ; zəhməti, əzmi və nefti ilə də dünya tarixinin gedişinə təsir göstərib. Bu gün azadlıq, sülh və insanlıq naminə qazanılmış o böyük qələbə yad edilərkən ; Bakı neftinin alovunda bərkimiş tarixi həqiqət bir daha təsdiqlənir — bəzən bir xalqın səssiz zəhməti, bütöv bəşəriyyətin taleyini dəyişə bilir.

Müəllif : Qəvami Sadıqbəyli

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

"Avropa Siyasi Birliyi"nin sammiti niyə Ermənistanda keçirilir? 
Özəl

"Avropa Siyasi Birliyi"nin sammiti niyə Ermənistanda keçirilir? 

May 4, 2026
Sənət qalası, yoxsa bayağılığın səhnəsi? - OPERA STUDİYASI BU GÜN... - VİDEO
Özəl

Sənət qalası, yoxsa bayağılığın səhnəsi? - OPERA STUDİYASI BU GÜN... - VİDEO

Aprel 6, 2026
Erkən yaş dövründə valideyn-uşaq münasibətlərinin psixoloji rolu
Cəmiyyət

Erkən yaş dövründə valideyn-uşaq münasibətlərinin psixoloji rolu

Aprel 2, 2026
Yağışlara təslim olan Bakı: Nə etməliyik?
Manşet

Yağışlara təslim olan Bakı: Nə etməliyik?

Mart 29, 2026
"Çinar MTK"nın binasında həyat iflic oldu: 800 ailə işıqsız və susuz qalıb! - VİDEO
Manşet

"Çinar MTK"nın binasında həyat iflic oldu: 800 ailə işıqsız və susuz qalıb! - VİDEO

Mart 28, 2026
QANLI GECƏDƏN AYDINLIĞA: XOCALI 34 illik həqiqətin səsi!
Gündəm

QANLI GECƏDƏN AYDINLIĞA: XOCALI 34 illik həqiqətin səsi!

Fevral 26, 2026

XƏBƏR LENTİ

Azərbaycanda bu qədər kişi şiddətə MƏRUZ QALIB

Azərbaycanda bu qədər kişi şiddətə MƏRUZ QALIB

09 May, 26 / 14:02
9 may qələbəsini təmin edən əsas qüvvə... - Qəvami Sadıqbəyli yazır

9 may qələbəsini təmin edən əsas qüvvə... - Qəvami Sadıqbəyli yazır

09 May, 26 / 13:57
Xamenei belə VURULUB - İlk dəfə açıqlandı

Xamenei belə VURULUB - İlk dəfə açıqlandı

09 May, 26 / 12:31
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

09 May, 26 / 12:14
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO

Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO

09 May, 26 / 5:48
Sosial ödəniş alanların nəzərinə

Sosial ödəniş alanların nəzərinə

09 May, 26 / 5:22
Azərbaycanda nikahla bağlı mühüm qərar verildi

Azərbaycanda nikahla bağlı mühüm qərar verildi

09 May, 26 / 5:18
Çindən gözlənilməz qərar: Moskvadakı paradda...

Çindən gözlənilməz qərar: Moskvadakı paradda...

08 May, 26 / 21:45
Masazırda əməliyyat - 13 nəfər saxlanıldı

Masazırda əməliyyat - 13 nəfər saxlanıldı

08 May, 26 / 20:40
Leyla Mustafazadə vəfat etdi

Leyla Mustafazadə vəfat etdi

08 May, 26 / 20:12
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026