SON DƏQİQƏ: Naxçıvana uçuşlar ləğv edildi
Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın sözügedən istiqamət üzrə reysləri ləğv olunub.
“Xəbərsiz” xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.
“Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır”, – məlumatda deyilir.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





