Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
GündəmSon Dəqiqə

Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində

Xəbərsiz Media
19 May 2026
0

Kann Film Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən birinə çevrilən “Club Kid” ekran işi azərbaycanlı aktyor Eldar İsgəndərova beynəlxalq diqqət qazandırıb.

“Xəbərsiz” Bakupost.az-a istinadla xəbər verir ki, xalq artisti Şahmar Ələkbərovun nəvəsi olan Eldar İsgəndərov filmdə “Nicky” obrazını canlandırır. Xarici media onun performansını xüsusi vurğulayıb.

“The Hollywood Repоrter” aktyorun ifasını yüksək qiymətləndirərək yazıb ki, Eldar İsgəndərov filmin ən yaddaqalan və ən gülməli səhnələrinə xüsusi rəng qatır. Nəşr onu “maraqlı və qeyri-adi obraz yaradan aktyor” kimi təqdim edib.

“JoBlo” saytı isə Eldar İsgəndərovun canlandırdığı obrazı “Azərbaycandan olan filosof” kimi xarakterizə edib. Məqalədə qeyd olunur ki, o, filmdə həm yumor, həm də fərqli atmosfer yaradan əsas personajlardan biridir.

“Little White Lies” nəşri də Eldar İsgəndərovun adını filmin ən diqqət çəkən aktyorları sırasında qeyd edib və onun performansının ekran işinə əlavə kolorit qazandırdığını vurğulayıb.

Filmin rejissoru və baş rol ifaçısı Cordan Ferstmandır. Ekran işində həmçinin Kara Delevin, Dieqo Kalva, eləcə də digər tanınmış aktyorlar rol alıblar.

Qeyd edək ki, Kann Film Festivalının “Un Certain Regard” müsabiqə proqramında nümayiş olunan “Club Kid” festivalın ən çox danışılan filmlərindən birinə çevrilib. Film nümayişdən sonra 7 dəqiqə ayaqüstə alqışlanıb. Ekran işinin yayım hüquqları isə məşhur A24 şirkəti tərəfindən milyonlarla dollara alınıb.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.