SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu – Anası 1 milyon təzminat istəyib
25 İyul 2026
16 yaşlı qız kiçik bacısını qətlə yetirdi – Azərbaycanda qandonduran CİNAYƏT
25 İyul 2026
Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
25 İyul 2026
Əsas/Cəmiyyət/Sürücülərin diqqətinə - Maşında bunlar yoxdursa...
CəmiyyətRedaktorun seçimi

Sürücülərin diqqətinə - Maşında bunlar yoxdursa...

Xəbərsiz Media
20 May 2026

Türkiyədəki qanunvericiliyə edilən yeni dəyişikliyə əsasən, nəqliyyat vasitələrində təhlükəsizlik avadanlıqlarının siyahısına yeniləri əlavə olunub. İndi sürücülərdən təkcə yanğınsöndürən balon, ilk yardım dəsti və qəza dayanma nişanı deyil, həm də kəlbətin, vintaçan və avtomobil üçün müxtəlif ehtiyat lampalar tələb olunur. Bununla yanaşı, ehtiyat təkər və ya təkərşişirdən aparat, yedək kəndiri, təkər açarı və domkratın da maşında olması məcburidir.

Bəs bizdə hansılar olmalıdır və ya qadağandır?

“Xəbərsiz” xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a Türkiyədə nəqliyyat vasitələrində bu cür elementlərin demək olar bütün avtomobillərdə mövcud olduğunu bildirib.

“Xüsusilə yük, orta tutumlu və iri həcmli yük avtomobillərində bu avadanlıqlar geniş şəkildə istifadə olunur. Daha iri və ağır nəqliyyat vasitələrində isə bu kimi vasitələr standart tələblərə daxildir.

Azərbaycanda isə bu məsələ o qədər də ciddi problemə çevrilməyib. Çünki nəqliyyat vasitələrinin böyük hissəsi paytaxtda cəmləşib. Paytaxtda isə həm sıxlıq var, həm də evakuasiya və təxliyə xidmətləri yüksək səviyyədə təşkil olunub. Nəqliyyat vasitələrinin daşınması və yedəyə alınması prosesi də ümumilikdə yaxşı qurulub. Ölkənin digər bölgələrində də yükdaşıma və yedəyəalma xidmətləri fəaliyyət göstərir və müəyyən səviyyədə təmin olunur”.

Ekspertin fikrincə, bu sahədə daha vacib məsələ nəqliyyat vasitələrində tibbi ləvazimatların olmasıdır:

“Məsələn, avtomobillərdə yüngül və ya ağır xəsarətlər zamanı istifadə oluna bilən ağrıkəsici preparatlar və sarğı materialları mütləq olmalıdır. Qəza hallarında qanaxma və digər təcili vəziyyətlərə ilkin müdaxilə üçün bu vasitələr vacibdir və problemi daha tez aradan qaldırmağa imkan verir.

Bundan əlavə, avtomobillərdə yedək ipinin (trosun) olması da vacib hesab olunur. Digər avadanlıqlar isə mənim fikrimcə, sadəcə aksesuar deyil, zəruri ehtiyat vasitələri kimi nəqliyyat vasitələrində mütləq şəkildə olmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə (xüsusilə “Yol hərəkəti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə) əsasən, minik avtomobillərində mütləq şəkildə saxlanılmalı olan avadanlıqların dəqiq siyahısı mövcuddur. Bu avadanlıqların olmaması texniki nasazlıq hesab edilir və cərimə əsasıdır.

Azərbaycanda nəqliyyat vasitələrində mütləq bular olmalıdır:

Tibb qutusu (ilk yardım dəsti): İçərisində qanaxmanı dayandırmaq, sarğı etmək və ilkin tibbi yardım göstərmək üçün zəruri ləvazimatlar (bint, pambıq, turnet, plaster və s.) olmalıdır.

Yanğınsöndürən balon: Standartlara cavab verən və yararlılıq müddəti keçməyən yanğınsöndürmə vasitəsi mütləqdir.

Qəza dayanma nişanı: Qırmızı rəngli, işığı əks etdirən üçbucaq nişan. Qəza və ya məcburi dayanma zamanı digər sürücüləri xəbərdar etmək üçün yola qoyulmalıdır.

Qanunvericilikdə kəlbətin, vintaçan və ya ehtiyat lampa kimi alətlərin maşında olması məcburi tələb kimi qeyd edilməyib. Yəni bunların olmamasına görə hər hansı cərimə nəzərdə tutulmur.

Qadağalara gəlincə, avtomobillərdə xüsusi səs və sayrışan işıq siqnallarının (sayrışan işıqlar, qanunsuz siqnallar), həmçinin dövlət qeydiyyat nişanını gizlədən, oxunmasını çətinləşdirən vasitələrin və normadan artıq tündləşdirilmiş jalüz və ya pərdələrin (qanunla icazə verilən hallar istisna olmaqla) istifadəsi qəti qadağandır.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət25 İyul 2026

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

Hadisə25 İyul 2026

16 yaşlı qız kiçik bacısını qətlə yetirdi - Azərbaycanda qandonduran CİNAYƏT

Gündəm25 İyul 2026

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Hərbi25 İyul 2026

Polkovnik-leytenant vəfat etdi

Dünya25 İyul 2026

ABŞ-də narahatlıq: Sursatlar sürətlə bitir

Dünya25 İyul 2026

Zelenski əhaliyə səsləndi: Rusiya kütləvi zərbə endirəcək!

Dünya25 İyul 2026

Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq - Sərt açıqlama

Cəmiyyət25 İyul 2026

Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert

Dünya25 İyul 2026

“Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək” 

Dünya25 İyul 2026

Tam hazırıq: dəhşətli savaş olacaq! – Zeynivənd

Həmçinin oxu

Cəmiyyət

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

No Comment
52 baxış
Hadisə

16 yaşlı qız kiçik bacısını qətlə yetirdi - Azərbaycanda qandonduran CİNAYƏT

No Comment
45 baxış
Hərbi

Polkovnik-leytenant vəfat etdi

No Comment
84 baxış
Cəmiyyət

Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert

No Comment
79 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu – Anası 1 milyon təzminat istəyib
Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
Sistem çökdü: Rusiyaya pul köçürmələri dayandırıldı
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2174
Dünya 1240
Elm və təhsil 374
Gündəm 1264

Bütün müəllif hüquqları qorunur - 2026