Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakıda keçirilən dəbdəbəli toy gündəm oldu

Reklam728 × 90

Bakıda keçirilən dəbdəbəli toy mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Xəbərsiz” Musavat.com-a istinadən xəbər verir ki, paytaxtda baş tutan möhtəşəm məclisdən yayılan görüntülər qısa müddətdə sosial mediada yayılıb və istifadəçilərin diqqətini cəlb edib.

Gecənin ən çox danışılan məqamlarından biri isə məşhur sənətçilərin çıxışları olub. Belə ki, toy mərasimində Azərbaycanın Xalq artistləri Röya Ayxan və Zülfiyyə Xanbabayeva səhnəyə çıxaraq sevilən mahnılarını səsləndiriblər. Məclisdə həmçinin Rusiyanın tanınmış estrada ulduzu Vera Brejneva da iştirak edib. Toyuqlu pizza

Toyun kimə məxsus olduğu və məclisə daha hansı tanınmış simaların qatıldığı barədə hələlik məlumat verilməsə də, tanınmış ailənin övladlarının məclisi olduğu iddia olunub.

 

 

Reklam728 × 90