Rüstəm İsayev vəfat edib
Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, o, Vətən müharibəsindən sonra göstərdiyi xidmətlərə görə bir sıra medallarla təltif olunub.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





