Eminin idmançıya bağışladığı saatın qiyməti ŞOK ETDİ- VİDEO
Xalq artisti Emin Ağalarov “UFC Fight Night Baku” turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedova saat bağışlayıb.
“Xəbərsiz” xəbər verir ki, Eminin Maqomedova bağışladığı saat məşhur U-BOAT modelidir.
Firma Emin Ağalarova həsr olunmuş “U-BOAT U-1001 55 mm” “EMİN Limited Edition” unikal modelini hazırlayıb. Saatın sağ tərəfində və arxa qapağında “EMİN” səhnə adı qeyd olunub. Model məhdud sayda – cəmi 100 ədəd buraxılıb (Bu barədə Emin Ağalarov özü də saatı hədiyyə edərkən deyir).
Saat ETA şirkətinə məxsus manufaktur mexanizmlə təchiz olunub. Korpus təbii titandan hazırlanıb. Suya davamlılıq isə 1001 m-dir. Yəni suyun 1001 metr dərinliyində bu saat işləyir.
“U-BOAT U-1001 55 mm” saatının qiyməti şirkətin rəsmi səhifəsində 5500 avro göstərilib.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





