SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu – Anası 1 milyon təzminat istəyib
25 İyul 2026
16 yaşlı qız kiçik bacısını qətlə yetirdi – Azərbaycanda qandonduran CİNAYƏT
25 İyul 2026
Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
25 İyul 2026
Əsas/Gündəm/İyulun 2-si Azərbaycan Polisi Günüdür
Gündəm

İyulun 2-si Azərbaycan Polisi Günüdür

Xəbərsiz Media
02 İyul 2026

Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. Bir əsrdən artıq tarixə malik olan daxili işlər orqanları ötən illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərib. Azərbaycan polisinin keçdiyi yol həm zəngin tarix, həm də fədakarlıq, peşəkarlıq və Vətənə sədaqət nümunəsi kimi qiymətləndirilir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Sonrakı illərdə daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq-mühafizə sahəsində zəngin təcrübə formalaşdırıb.

Daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar mühüm rol oynayıb. Xüsusilə Ulu Öndərin ölkəyə ilk rəhbərliyi dövründə – 1970–1980-ci illərdə daxili işlər orqanlarında idarəetmə sistemi təkmilləşdirilib, xidmət intizamı gücləndirilib, peşəkar kadr hazırlığına xüsusi önəm verilib. Həmin illərdə yaradılan möhkəm təməl sonrakı dövrlərdə polis orqanlarının üzləşdiyi ağır sınaqlarda özünü doğruldub.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayanda ön cəbhəyə ilk yollanan nizami qüvvələrdən biri məhz milis əməkdaşları, sonrakı mərhələdə isə Daxili Qoşun hissələri olub. Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib – 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daxili işlər orqanlarının inkişafında yeni mərhələ başlanıb. Hüquq-mühafizə sisteminin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunması isə polis əməkdaşlarının cəmiyyət və dövlət qarşısındakı xidmətlərinə verilən yüksək dəyərin bariz ifadəsi kimi tarixə düşüb.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Daxili Qoşunların döyüş qabiliyyətinin artırılması, müasir silah və texnika ilə təchizatı, hərbi hissələrin infrastrukturunun yenilənməsi və şəxsi heyətin sosial rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu gün Daxili Qoşunlar yüksək hazırlığa malik, qarşıya qoyulan ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir peşəkar hərbi birləşmə kimi fəaliyyət göstərir.

Şəxsi heyətin peşəkarlığının artırılmasında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Xüsusilə Türkiyə Silahlı Qüvvələri və Jandarm Baş Komandanlığı ilə birgə həyata keçirilən təlimlər, təcrübə mübadiləsi və kadr hazırlığı Daxili Qoşunların döyüş hazırlığının daha da yüksəlməsinə töhfə verib.

Müasir infrastruktur, güclü maddi-texniki baza və peşəkar kadr potensialına malik Azərbaycan polisi bu gün ictimai asayişin, hüquq qaydasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində etibarlı hüquq-mühafizə orqanı kimi fəaliyyət göstərir. Davamlı islahatlar cinayətkarlığa, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha səmərəli təşkilinə imkan yaradıb.

Daxili işlər orqanlarının şərəf salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Göstərilən igidliyə görə 1690 əməkdaş müxtəlif orden və medallarla təltif edildi, onlardan 4-ü isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Ümumiyyətlə, istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.

2023-cü il sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində daxili işlər orqanlarının əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi olub. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpası və dayanıqlı həyatın təmin olunması istiqamətində DİN-in əməkdaşları mühüm vəzifələri yerinə yetirirlər. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi üçün hüquq-mühafizə orqanları fasiləsiz xidmət apararaq ictimai asayişin qorunmasını və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edirlər.

Bu fəaliyyətin əsas istiqamətlərindən biri də ərazilərin silah-sursat, partlayıcı maddələr və digər təhlükəli vasitələrdən təmizlənməsi, eləcə də təhlükəsiz mühitin formalaşdırılmasıdır. Daxili işlər orqanlarının əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə çalışaraq bölgədə sabitliyin möhkəmləndirilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı üçün zəruri şəraitin yaradılmasına töhfələrini verirlər.

Müasir dövrdə Azərbaycan polisi təkcə ənənəvi cinayət növlərinə deyil, kibercinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər təhlükələrə qarşı da qətiyyətli mübarizə aparır. Hazırda cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsi genişləndirilir.

Ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verir. Bakının COP29, WUF13 kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkəmizdə təhlükəsizlik sisteminə olan etimadın göstəricilərindən biri kimi qiymətləndirilir.

108 illik şərəfli tarixə malik Azərbaycan polisi bu gün də öz peşə borcuna sadiq qalaraq dövlətin, xalqın və qanunun keşiyində dayanır. Peşəkarlıq, fədakarlıq və Vətənə sədaqət prinsiplərinə söykənən bu xidmət yolu göstərir ki, daxili işlər orqanlarının əməkdaşları bundan sonra da ölkədə sabitliyin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin etibarlı təminatçısı olacaq.//Azərtac

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət25 İyul 2026

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

Hadisə25 İyul 2026

16 yaşlı qız kiçik bacısını qətlə yetirdi - Azərbaycanda qandonduran CİNAYƏT

Gündəm25 İyul 2026

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Hərbi25 İyul 2026

Polkovnik-leytenant vəfat etdi

Dünya25 İyul 2026

ABŞ-də narahatlıq: Sursatlar sürətlə bitir

Dünya25 İyul 2026

Zelenski əhaliyə səsləndi: Rusiya kütləvi zərbə endirəcək!

Dünya25 İyul 2026

Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq - Sərt açıqlama

Cəmiyyət25 İyul 2026

Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert

Dünya25 İyul 2026

“Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək” 

Dünya25 İyul 2026

Tam hazırıq: dəhşətli savaş olacaq! – Zeynivənd

Həmçinin oxu

Cəmiyyət

Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu - Anası 1 milyon təzminat istəyib

No Comment
53 baxış
Gündəm

Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

No Comment
67 baxış
Gündəm

Sistem çökdü: Rusiyaya pul köçürmələri dayandırıldı

No Comment
278 baxış
Gündəm

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

No Comment
137 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu – Anası 1 milyon təzminat istəyib
Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
Sistem çökdü: Rusiyaya pul köçürmələri dayandırıldı
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2174
Dünya 1240
Elm və təhsil 374
Gündəm 1264

Bütün müəllif hüquqları qorunur - 2026