Gəncədə müəllimlər ayağa qalxdılar: "Xoşqədəm Xudiyevaya istefa!" - VİDEO
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbərliklə müəllim kollektivi arasında narazılığın davam etdiyi iddia olunur.
“Xəbərsiz” bildirir ki, iddialara görə, kollecin bir qrup müəllimi direktor Xoşqədəm Xudiyevanın istefasını tələb edir. Müəllimlər bildirirlər ki, onları alçaltdığı, psixoloji təzyiq göstərdiyi və əməyini qiymətləndirmədiyi iddia olunan rəhbərlə işləmək istəmirlər.
Onların sözlərinə görə, direktorun öz fəaliyyəti ilə bağlı tərif xarakterli məktublar yazdırması da kollektiv tərəfindən qəbul edilmir.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Məsələ ilə bağlı direktorun və Gəncə Dövlət Universitetinin mövqeyini dərc etməyə hazırıq.
Xəbərsiz





