Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.
“Xəbərsiz” Report-a istinadla xəbər verir ki, bununla bağlı elan olunan tenderin qalibi “Qrand Dizayn Konstrakşn” MMC-dir.
Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.





