Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakıda orta əməkhaqqı artıb

Reklam728 × 90

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 376,3 manat təşkil edib. 

Bu barədə “Xəbərsiz”ə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyul ayları ilə nisbətən 8,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib.

Reklam728 × 90