Rusiyada fəaliyyət göstərən “Ximki” basketbol klubunun baş məşqçisi Roman Semerninovun 14 yaşlı oğlu Aron Semerninov vəfat edib.
Bu barədə “Ximki” klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun açıqlamasında Aron Semerninovun qəfil dünyasını dəyişməsi ilə bağlı dərin kədər ifadə olunub.
TASS-ın yaydığı məlumata görə, 14 yaşlı idmançı məşq prosesi zamanı qəfil ürək dayanması nəticəsində həyatını itirib.
Aron Semerninov Krasnıdar şəhərini təmsil edən SŞOR komandasının heyətində basketbolla məşğul olub.
Hadisə ilə bağlı “Ximki” klubu Roman Semerninov və ailəsinə başsağlığı verib.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





