Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Nigar Fərhad sərbəst buraxıldı – (Yenilənib)

Reklam728 × 90

Çoxsaylı şikayətlər əsasında saxlanılan “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

Istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyib.

Aparıcı bir neçə saat izahat verdikdən sonra sərbəst buraxılıb.

Digər yeni məlumat ondan ibarətdir ki, “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. Artıq Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərlə bağlı istintaqı prokurorluq aparır.

Nigar Fərhad barəsində də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibi aparılır. O, hazırda istintaq nəzarəti altında sərbəstdir. Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi tapşırılıb.

_____________

“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi, aparıcı Nigar Fərhad saxlanılıb.

Nigar daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.

O, artıq başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Gün ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək.

Hazırda aparıcı istintaq nəzarətindədir, hələlik barəsində qərar verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl eyni məsələ ilə bağlı “AİD Group”un faktiki rəhbəri Samir Yəhyazadə həbs edilib. O, Nigar Fərhadın əridir.

Şirkətlə bağlı şikayətlərin sayı isə durmadan artır. Əksəriyyəti tələbə olan şikayətçilər xaricdə təhsil almaq üçün Nigara verdikləri pulu ala bilmədiklərini deyirlər.

Reklam728 × 90