Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Tiflisdə 15 yaşlı azərbaycanlının meyiti tapıldı

Reklam728 × 90

Altı günlük axtarışdan sonra Tiflisdə su anbarında itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.

Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də su anbarında boğulub.

Reklam728 × 90