Xəbər verdiyimiz kimi Nepalda tarixin ən dəhşətli daşqınlarından biri baş verib.
Təbii fəlakət xeyli sayda insanın ölümünə səbəb olmaqla yanaşı iqtisadiyyata da ağır zərbə vurub. Nepalın maliyyə naziri Svarnim Vaqle “Reuters” agentliyinə bildirib ki, ölkənin daşqınlardan sonra bərpa olunması üçün milyardlarla dollar lazım olacaq.
“Nepalın dağıdıcı daşqınlardan sonra bərpa olunması üçün 4-5 milyard dollara ehtiyacı var”, – nazir qeyd edib.
Nazir onu da qeyd edib ki, bu rəqəmlər hələlik ilkind hesablamadır. Çünki zərərin qiymətləndirilməsi prosesi hələ də davam edir.







