Milli Məclisin deputatı Sahib Alıyev
Ötən əsrin 90-cı illərində Qarabağ probleminin ən optimal həlli modeli olaraq Finlandiyanın Aland adaları göstərilirdi. Ona görə də 1995-96-cı ildə Minsk qrupuna Rusiyanın təmsilçisi Vladimir Kazimirovla birgə əvvəl İsveç diplomatı Yan Eliasson, sonra da Finlandiyalı Rine Niberq həmsədrlik etmişdilər.
Ötən gün cənab İlham Əliyev Nyu-Yorkda Finlandiya Prezidenti Aleksandr Stubbla görüşərkən məhz Qarabağ probleminin həlli üçün yaradılmış Minsk qrupunun onun ölkəsinin ATƏT-ə sədrliyi dövründə buraxıldığına toxundu.
Burada yəqin bir rəmzilik, eyni zamanda da qürurverici məqam var, deyilmi? Həmin məqam ondan ibarətdir ki, indi də Finlandiya separatçılığın aradan qaldırılmasının Azərbaycan modeli ilə tanış oldu. Torpaq itirmək təhlükəsi ilə üzləşən bir dövlət üçün bunlardan hansı daha əlverişlidir, yəqin izah etməyə ehtiyac yoxdur.
Görünür, BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda Trampın o qədər dövlət başçılarının içindən Müzəffər Ali Baş Komandanımıza üz tutaraq “Mən Sizinlə həqiqətən fəxr edirəm” deməsi elə bu reallıqdan qaynaqlanır.





