Nepalın şimalındakı Rasuva və Nuvakot rayonlarında baş verən güclü sel və torpaq sürüşməsi nəticəsində 600-ə yaxın məktəbli itkin düşüb.
Təbii fəlakət nəticəsində 12 məktəb tamamilə dağılıb, daha 10 təhsil müəssisəsi ciddi ziyan görüb. İtkin düşənlər arasında 22 müəllim və məktəb əməkdaşı da var.
Axtarış-xilasetmə işləri davam etsə də, rabitə problemləri əməliyyatları çətinləşdirir. Bəzi sağ qalan valideynlər uşaqlarını, şagirdlər isə valideynlərini tapa bilmirlər.
Avqustun 26-da Çin sərhədi yaxınlığında baş verən nəhəng sürüşmə nəticəsində yaranan sel yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.
Son məlumatlara görə, fəlakət nəticəsində 1,2 mindən çox insan ölüb, 4,5 mindən çox şəxs itkin düşüb.







