Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

ABŞ səfiri lobbilərə xəbərdarlıq etdi: Türkiyəyə legitimlik verin!

Reklam728 × 90

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib.

“Xəbərsiz” Qərb mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Konkordiya Sammitində çıxışı zamanı danışıb.

Türkiyənin NATO-nun ikinci ən böyük müttəfiqi olduğunu vurğulayan Barak məsələnin legitimlik olduğunu bildirib:

“Məsələ S-400 deyil, F-16 deyil… Əsl məsələ legitimlikdir. Türkiyəyə legitimlik verin. 10 ildir eyni problemlərlə məşğuluq. Qarmaqarışıqlıqdır. Müsəlmanları, HƏMAS-ı qınamadılar” – deyə səfir əlavə edib.

Barak Ərdoğanın liderliyini vurğulayaraq deyib:

“Onun 71 yaşı var. Amma hələ də əsas oyunçudur”.

İntiqam İsa

Reklam728 × 90