Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus 713 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-larla yanaşı, 12 idarəolunan aviasiya bombası və ABŞ istehsalı HIMARS reaktiv yaylım atəş sisteminin bir mərmisi də məhv edilib.
Nazirliyin məlumatına görə, sentyabrın 7-dən 8-nə keçən gecə Rusiyanın 15 regionu üzərində 384 Ukrayna PUA-sı ələ keçirilib və məhv edilib.







