Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Avropaya “üz tutan” Ermənistanda “Rus evi” şəbəkəsi genişlənir: Daha ikisi açılacaq

Reklam728 × 90

Rusiya “Rus evləri” proqramını ilk dəfə MDB məkanında genişləndirir. Ermənistanın Artashat və Aştarak şəhərlərində iki yeni tərəfdaş “Rus evi” açılacaq.

sentyabrın 8-də Rusiyanın İctimai Palatasında “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka yeni 11 tərəfdaş “Rus evi”nin açılması ilə bağlı saziş imzalayıb.

Bununla şəbəkədəki mərkəzlərin sayı 25-dən 36-ya yüksələcək. Yeni mərkəzlər Ermənistanla yanaşı, Keniya, Konqo Demokratik Respublikası, Madaqaskar, Mali, San-Tome və Prinsipi, Seneqal, Syerra-Leone, Tailand və Toqoda fəaliyyət göstərəcək.

Çaykanın sözlərinə görə, yeni mərhələdə “Rus evləri”nin fəaliyyətinə nəzarət və keyfiyyət qiymətləndirilməsi gücləndiriləcək. Mərkəzlərin əsas istiqamətləri rus dilinin, Rusiya təhsilinin, elminin və mədəniyyətinin, eləcə də humanitar layihələrin təşviqi olacaq.

O bildirib ki, 2027-ci ildən təhsil, mədəniyyət, elm, gənclər və digər layihələr üçün mikrodəstək qrantları proqramına da başlanacaq.

Çayka həmçinin qeyd edib ki, müxtəlif ölkələrdən yeni “Rus evlərinin” açılması ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Reklam728 × 90