Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 8-də ümumi çəkisi 40,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.










