Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Abşeron dairəvi dəmir yolunda sərnişin sayı rekord həddə çatıb

Reklam728 × 90

Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin daşınıb.

Sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb.

Ötən ilin eyni günündə isə həmin marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb. Bu, illik müqayisədə sərnişin sayının 23,3 faiz artdığını göstərir.

Qeyd edək ki, yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən etibarən reyslərin sayı 90-dan 96-ya artırılıb.

Reklam728 × 90