Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Zarafat üçün paxlava satan amerikalı milyonluq biznes qurdu – FOTO

Reklam728 × 90

ABŞ-da işsiz qaldığı dövrdə əlavə gəlir əldə etmək üçün paxlava satmağa başlayan 30 yaşlı Yakob Komarov qısa müddətdə biznesini böyüdərək uğurlu sahibkara çevrilib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Komarov ilk olaraq basketbol oyunları və konsertlərdə zarafat məqsədilə səyyar şəkildə paxlava satıb. Məhsulların qısa müddətdə tükənməsi onun bu işi daha ciddi şəkildə davam etdirməsinə səbəb olub.

Sahibkarın biznesinin böyüməsində sosial media da mühüm rol oynayıb. Komarovun Nyu-York Knicks oyunlarından sonra azarkeşlərə pulsuz paxlava payladığı görüntülər sosial şəbəkələrdə geniş yayılıb və onun tanınmasına səbəb olub. Daha sonra “Good Baklava” adlı öz brendini yaradan Komarov paxlava ilə yanaşı müxtəlif türk xəmir məmulatlarının satışına da başlayıb.

Küçə satışları ilə yanaşı internet və topdansatış kanallarından da istifadə edən Komarovun aylıq orta dövriyyəsinin 20 min dollardan çox olduğu qeyd olunur. Bildirilir ki, bəzən bu rəqəm 70 min dollara qədər çatır.

Paxlava satışını əyləncəli şouya çevirən Komarov gələcəkdə investor dəstəyi ilə daimi mağazalar açaraq brendini daha da böyütməyi planlaşdırır.

Reklam728 × 90