Azərbaycanda səfərdə olan Ermənistan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan İrəvana qayıdıb.
Kristine ötən gecə 23:40-da Bakıdan İrəvana gəlib. Bu barədə “Armenia News” agentliyinin müxbiri hava limanından məlumat verib.
Əvvəlcə onun saat 21:40-da İrəvana çatacağı bildirilsə də, eniş iki saat gecikib və bunun səbəbi hələ də məlum deyil.
Hava limanında olan jurnalistlər Qriqoryana bir neçə sual veriblər. O isə suallara cavab verməyib və “gecəniz xeyrə qalsın” deyərək hava limanından ayrılıb.







