Yaşılların dəstəklədiyi “Ekologiya” Partiyasından Fransa prezidentliyinə namizəd Marin Tondele, partiya liderlərinin Fransa Prezidenti Emmanuel Makronla görüşündən bir neçə saat sonra ikinci uşağını dünyaya gətirib.
Bu barədə BFMTV məlumat yayıb.
Qeyd olunur ki, görüşdə Ukraynadakı münaqişə və Fransada yanacaq qiymətlərinin rekord həddə artmasına səbəb olan Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
40 yaşlı Tondelein artıq yeddi yaşlı bir oğlu var. Kanal xatırladıb ki, siyasətçi hamiləlik dövründə kampaniyasını davam etdirib və doğuş günü ölkədə kütləvi etirazların baş verəcəyini proqnozlaşdırdığı müsahibə verib.







