Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Rusiya və Ukrayna arasında sülh üçün gözlənilməz çağırış: NATO 1990-cı illərə qayıtsın

Reklam728 × 90

Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Ukraynada sülhün təmin olunması ilə bağlı diqqətçəkən açıqlama verib.

Siyasətçi bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Mema bildirib ki, istənilən sülh razılaşmasından sonra Qərbin Ukraynanı yenidən silahlandıracağı gözlənilir. Onun sözlərinə görə, bu proses 2014-cü ildən etibarən həyata keçirilir.

Siyasətçi qeyd edib ki, NATO 1990-cı illərin sərhədlərinə geri çəkilməlidir. Onun fikrincə, bu, davamlı sülhə aparan yeganə yoldur: “Biz NATO-nun 90-cı illərin sərhədlərinə qayıtmalı olduğunu qəbul etməyə məcburuq”.

O əlavə edib ki, NATO-nun genişlənməsi Ukraynada davamlı sülhün qarşısındakı ən böyük maneə olub, var və olaraq qalır.

Reklam728 × 90