Yalnız bir dişin rənginin qəfil dəyişməsi sağlamlıqla bağlı problemdən xəbər verə bilər.
Bu barədə stomatoloq Dipa Çopra bildirib.
Onun sözlərinə görə, bütün dişlərin tədricən saralması həyat tərzi və ya təbii yaşlanma ilə əlaqəli ola bilər. Lakin yalnız bir dişin nəzərəçarpacaq şəkildə rəngini dəyişməsi həmin dişin zədələnməsi, kariyes və ya dişin daxilində baş verən dəyişikliklərlə bağlı ola bilər.
Həkim xüsusilə əvvəllər zədələnmiş dişin sonradan bozarması və ya ətrafındakı dişlərdən daha tünd rəng almasına diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, belə hallarda dişin itirilməsinin qarşısını almaq üçün vaxtında stomatoloqa müraciət etmək lazımdır.
Mütəxəssislər ağız boşluğu gigiyenasında dilin təmizliyinin də vacib olduğunu vurğulayırlar.







