ABŞ Suriyaya məxsus 36 tarixi əsəri ölkəyə qaytarıb.
Bu barədə Suriyanın mədəniyyət naziri Məhəmməd Yasin Salih məlumat yayıb.
O bildirib ki, ümumi dəyəri 5 milyon dollardan çox olan əsərlər Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyindən və müxtəlif qədim sənət əsərləri kolleksiyaçılarından müsadirə edilib.
Nazirin sözlərinə görə, əsərlərin Suriyaya qaytarılması iki ölkə arasında mədəni əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addımdır.
Qeyd edək ki, Suriyanın bir sıra tarixi və arxeoloji əsərləri 2011-ci ildə başlayan vətəndaş müharibəsi zamanı qaçaqmalçılıq və qanunsuz ticarət yolu ilə ölkədən çıxarılıb.










