“Qəbələ” futbol komandasının məşqçilər korpusunda iki yeni mütəxəssis fəaliyyətə başlayıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) də fəaliyyətlərini davam etdirəcəklər.










